"Napoli" Arsenal"ın hücumçusu Qabriel Jesusu ilə heyətini gücləndirməyə planlaşdırır. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu braziliyalı futbolçu üçün London təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır.

 

Bunun üçün əvvəlcə Romelu Lukakunun "Fənərbağça"ya, həmçinin Noa Lang və ya Lorenzo Lukkadan birinin satılması gözlənilir.

 

"Napoli"nin Qabriel Jesusla bağlı ilk təmasları iyunun əvvəlində baş tutub. 29 yaşlı futbolçunun İtaliyaya keçidə müsbət yanaşdığı və A Seriyasını karyerasını davam etdirmək üçün əsas seçimlərindən biri hesab etdiyi bildirilir.

 

Jesusun "Arsenal"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. London klubu hələlik futbolçu ilə müqavilənin uzadılması üçün danışıqlara başlamayıb. Bu səbəbdən "Napoli" onun transferi üçün uyğun vaxtın yetişdiyini düşünür.

 

Qeyd edək ki, "Napoli" bu yay heyətini Rasmus Höylund və Alisson Santosla gücləndirib. İtaliya klubu bu keçidlərə ümumilikdə 60,5 milyon avro xərcləyib.