"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün "Orhus"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutacaq oyunda Danimarka təmsilçisini 175 azarkeş dəstəkləyəcək.

 

Bu barədə "Bold" nəşri məlumat yayıb.

 

Matç saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda "Orhus" qələbə qazanıb – 2:1.