"Ximki"nin keçmiş himayadarı Tufan Sadıqov futbol fəaliyyətindən ömürlük uzaqlaşdırılması ilə bağlı İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti əlumat yayıb.

 

Mənbənin sölərinə görə, Sadıqovun məhkəmə iclası oktyabrın 14-nə təyin olunub.

 

Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsi (CDC) 2025-ci ilin noyabrında "Ximki"nin peşəkar futbol statusunu itirməsinə görə Sadıqovu ömürlük futboldan kənarlaşdırıb.

 

Qeyd edək ki, "Ximki" 2025/26-cı il Rusiya Premyer Liqası mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib və bundan sonra müflis elan edilib.