"Real" "Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi ilə maraqlanır. Sport24.az "Football London"a istinadən xəbər verir ki, Madrid klubu 27 yaşlı futbolçunu ötən yay da transfer etmək istəyib, lakin "Arsenal" bu cəhdin qarşısını alıb.

 

London təmsilçisi hazırda Zubimendini satmaq niyyətində deyil və baş məşqçi Mikel Arteta onun bu mövsüm də komandada qalmasını planlaşdırır.

 

Bununla belə, futbolçunun müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir və "Arsenal"ın onu yalnız yüksək məbləğ qarşılığında buraxa biləcəyi bildirilir.

 

Qeyd edək ki, "Arsenal" Zubimendini ötən il "Real Sosyedad"dan 51 milyon funtdan bir qədər çox məbləğə transfer edib.