"Əl-Diriya" "Atalanta"nın müdafiəçisi Berat Jimsitini transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Pro Liqası debütantının mətbuat xidməti məlumat yayıb.

 

33 yaşlı mərkəz müdafiəçisi 2016-cı ilin qışından "Atalanta"nın formasını geyinib. Albaniyalı futolçu ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, "Əl-Diriya" bu günə qədər "Zarya"nın (Luqansk) keçmiş qapıçısı Nikola Vasili və "Marsel" və "Lill"in sabiq müdafiəçisi Şansel Mbembanı rəsmi transfer edib.