"Bavariya" Seneqallı millisinin yarımmüdafiəçisi Bara Sapoko N'Diayeni transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Qambiyanın "Gambinos Stars Africa" ​​klubundan "Bavariya"ya keçən 18 yaşlı N'Diaye ilə 2031-ci ilin yayına qədər sözlləşmə imzalanıb.

 

Qeyd edək ki, Bara N'Diaye ötən mövsüm icarə əsasında "Bavariya"nın formasını geyinib və Bundesliqada dörd oyun keçirib. Gənc yarımmüdafiəçi DÇ-2026-da  bir görüşdə seneqal millisinin heyətində meydana çıxıb.