"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsinin cavab oyununda Danimarka təmsilçisi "Orhus"u qəbul edəcək.

 

"Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Danimarkadakı ilk matçda meydan sahibləri qalib gəlib - 2:1.


Cütün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

 

Məğlub tərəf UEFA Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə görüşəcək.

 

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
11 avqust

 

20:00.  "Sabah" – "Orhus"
Baş hakim: Villi Delajo (Fransa).
"Bank Respublika Arena".