"Fənərbağça" "Napoli"nin hücumçusu Romelu Lukakunun transferi ilə bağlı razılığa gəlməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Türkiyə klubu belçikalı forvardın keçidi üçün İtaliya təmsilçisinə 6 milyon avro ödəyəcək. Tərəflər arasında müqavilənin bu gün imzalanması gözlənilir.

 

Lukaku şəxsi şərtlərlə artıq razılığa gəlib. Transferin rəsmiləşməsi üçün yalnız klub tərəfindən son təsdiqin verilməsi qalıb.