"Tottenhem"in futbolçusu Ced Spens karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" cinah müdafiəçisinin xidmətində maraqlıdır.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

"Neradzurra" ingiltərəli futbolçu üçün 40 milyon avro təklif göndərməyə hazırlaşır. İtaliya klubu keçidi yaxın zamanda tamamlamaq niyyətindədir.

 

Spens 2022-ci ildən "Tottenhem"də çıxış edib. O, İngiltərə milli komandasında da 14 oyun keçirib.