"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, hücumçu İbrahim Əliyev heyətə cəlb edilib.
Əliyev ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 27 yaşlı futbolçu ötən mövsüm "Şəfa" klubunun heyətində çıxış edib.
"Karvan-Yevlax" yeni mövsümdə I Liqada mübarizə aparacaq.