Almaniyanın "Ştutqart" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Volfsburq"dan Cenan Peyçinoviçi transfer edib.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Forvard ötən mövsüm "Volfsburq"la 34 oyunda 12 qol vurub.
Peyçinoviç Almaniyanın U-21 yığmasının da üzvüdür.