2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu keçidini reallaşdırıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu Portuqaliyanın "Famalikao" kollektivi olan müdafiəçi Renan Santana ilə 3 illik müqavilə imzalayıb.
Braziliyanın "Atletiko Mineyro" klubunun yetirməsi olan 21 yaşlı futbolçu "5" nömrəli formada çıxış edəcək.