"Everton"nun hücumçusu İliman Ndiaye "Əl-Hilal"a keçməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyən 26 yaşlı sеnеqallı forvard Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etməyib.

 

Ndiaye ötən mövsüm "göylər"in heyətində bütün turnirlərdə 34 matça çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.