"Parma"nın qapıçısı Zion Suzuki karyerasını Fransada davam etdirəcək. Sport24.az xəbər verir ki, PSJ yaponiyalı qolkiperin transferi üçün İtaliya təmsilçisi ilə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Paris klubu Suzuki üçün 35 milyon avro ödəyəcək.
24 yaşlı qapıçı 2024-cü ildən "Parma"da çıxış edir. O, komandada 57 oyunda forma geyinib.