"Çelsi"nin qapıçısı Filip Yorgensen karyerasını Fransa Liqa 1-də davam etdirəcək. Sport24.az xəbər verir ki, 24 yaşlı danimarkalı qolkiper "Strasbur"a keçib.

 

Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. Yorgensen qarşıdakı mövsümü icarə əsasında Fransa komandasında çıxış edəcək.

 

Yorgensen 2024-cü ildən "Çelsi"də çıxış edir. 24 yaşlı qolkiperin "transfermarkt"da dəyəri 15 milyon avrodur.