Azərbaycan Basketbol Liqasında XV turun oyunları davam edir.

Sport24.az xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək.

Lider "Xəzri" "Xırdalan" ilə üz-üzə gələcək. NTD-İNDİQO isə Xaçmazda "Sərhədçi"ni qəbul edəcək.

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Gəncə"yə 97:62 hesabı ilə qalib gəlib. Turun digər matçlarında sabah "Cəlilabad" Sabah"ı, martın 17-də isə "Şəki" "Sumqayıt"ı sınağa çəkəcək.

XV tur
15 mart

14:00. NTD-İNDİQO – "Sərhədçi"
Xaçmaz Olimpiya İdman Kompleksi

19:30. "Xırdalan" – "Xəzri"
Sərhədçi İdman Mərkəzi