FİBA qadın basketbolçulardan ibarət milli komandaların yeni dünya reytinqini açıqlayıb. Sport24.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi sıralamada 107-cidir. Komanda əvvəlki reytinqlə müqayisədə 2 pillə geriləyib.

 

Azərbaycan millisinin aktivində 43,5 xal var. Yığmamız Avropada isə 44-cüdür.

 

Qeyd edək ki, siyahıya 883,3 xalla ABŞ başçılıq edir.