"Sportinq" baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
44 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından Lissabon klubunu çalışdırır.
"Sportinq" çempionatda 31 turdan sonra 73 xalla üçüncü sıradadır.