"Atletiko" İspaniya La Liqasının XXXIV turunda "Valensiya"nı məğlub edib – 2:0. Sport24.az xəbər verir ki, görüş Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin karyerasındakı 1000-ci matçı olub.

 

Mütəxəssis bu matçların 562-də qələbə qazanıb, 212-də uduzub.

 

Simeone "Atletiko"da 795 görüş keçirib.