"Qəbələ"nin qış fasiləsində yollarını ayırdığı Jeando Fuxs özünə yeni komanda tapıb. Sport24.az xəbər verir ki, kamerunlu yarımmüdafiəçi ABŞ-a yollanıb.

 

O, aşağı liqa təmsilçisi olan "Şarlotte İndependense" klubu ilə anlaşıb.

 

ABŞ klubu artıq onun keçidini açıqlayıb.

 


Qeyd edək ki, Fuxs "Qəbələ"yə gələnə qədər "Soşo", "Makkabi Hayfa", "Alaves", "Dandi Yunayted", "Piterboro", "Bney Saxnin" klublarında oynayıb.