Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, "Arda" komandası doğma meydanda "Çerno More" klubunu qəbul edib.

 

Tərəflər hərəyə 1 xalla kifayətlənərək meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

 

3 may

"Arda" - "Çerno More" - 0:0

 

Yığmamızın futbolçusu matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.


Bu nəticədən sonra "Arda" 45 xalla 3-cü pillədə qərarlaşıb. Çerno More" isə 48 xalla liderliyini qoruyur.