"Kəpəz" komandası ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisinin aparıcı futbolçusu Luis Paçu cəzalı duruma düşüb.
Buna hücumçunun Misli Premyer Liqasının 30-cu turunda "Sumqayıt"ı məğlub etdikləri (2:1) matçda sarı vərəqə alması səbəb olub.
Cari mövsümdə dördüncü dəfə sarı vərəqə görən Paçu 31-ci turda "Sabah"la görüşü buraxacaq.
Qeyd edək ki, "Sabah" - "Kəpəz" oyunu mayın 8-də keçiriləcək. Paçu cari mövsüm "Kəpəz"in heyətində ən çox qol vuran iki futbolçudan biridir. O və Rauf Hüseynli hərəyə beş qolla yadda qalıblar.