Dortmund "Borussiya"sı "Real"ın hücumçusu Qonsalo Qarsiya Torresi yaxından izləyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, alman klubu Torresdən əlavə, "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani və "Brügge"nin forvardı Nikolo Tresoldi ilə də maraqlanır.
"Borussiya" hələlik Torresin "Real"dan transferi üçün danışıqlara başlamayıb.
Qeyd edək ki, 22 yaşlı Torres bu mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.