"Mançester Yunayted", "Barselona", "Çelsi" və "Nyukasl" yanvardan bəri "Roma"da icarədə olan "Aston Villa"nın hücumçusu Donyell Maleni izləyir. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Roma" 27 yaşlı hücumçunu 25 milyon avroya transfer edə bilər. Lakin Malenin Seriya A-dakı uğurlu oyunlarını nəzərə alaraq, "Aston Villa" onu bu yay 50 milyon avroya satmağı düşünür. "Roma"nın baş məşqçisi Can Pyero Qasperini hücumçunu saxlamaq istəyir.
Qeyd edək ki, Malen "Roma"nın heyətində bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.