"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, "bayquşlar" növbəti dəfə "Abşeron Lions"u məğlub edib – 112:84.
İlk görüşdə də "Sabah" rəqibini üstələyib – 98:93.
Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.