Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 30-cu tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.
"Kəpəz" Yevlaxda "Sumqayıt"ı qəbul edir. Qonaqlar üçün buoyun o qədər də əhəmiyyətli deyil. "Kimyaçılar" elitada yerini qorumağı bacarıb, avrokuboklara yollanmaq şansı isə yoxdur. Nominal meydan sahibləri isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır və hər oyunda qazanılan xal və ya xallar onlar üçün qızıldan qiymətli olacaq. "Sarı-göylər" hazırda 21 xalla turnir cədvəlinin 10-cü pilləsində qərarlaşıb. Ən yaxın izləyicisi "Qəbələ"dən cəmi 1 xal öndədir.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXX tur
16:00. "Kəpəz" - "Sumqayıt" 0:0 (Birinci hissə)
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax. Şəhər stadionu.
"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov
"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç