"Real"ın heyətində aprelin ən yaxşı futbolçusunun adı müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı Türkiyə millisinin üzvü Arda Güler olub. O, səsvermədə Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingemi qabaqlayıb.
Qeyd edək ki, Gülər ötən ay meydana çıxdığı 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.