Misli Premyer Liqasının 30-cu turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion probelmi ilə üzləşən "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "İmişli"ni qonaq edir.

 

Hər iki komanda üçün demək olar ki, mövsüm başa çatıb. Naxçıvan təmsilçisinin avrokuboklara yollanmayacağı demək olar ki, müəyyənləşib. "İmişli" isə böyük ölçüdə elitada yerini qorumağı bacarıb. Bu üzdən hər iki komanda meydana sadəcə, imicini qorumaq üçün çıxacaq.

 

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXX tur

18:30. "Araz-Naxçıvan" - "İmişli" 0:0 (Birinci hissə)

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 16. Ramon Maçado 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 70. Şarl Boli

Ehtiyat oyunçular: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 24. Mustafa Əhmədzadə 7. Hamidu Keyta 77. Bruno Franko 19. Bar Kohen

"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 79. Dioqo Kardozu 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 17. Ezekiel Morqan