"Real" Fransanın "Lion" klubunda icarədə olan Endriklə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı hücumçunun transfer hüquqlarını satmayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Real" Endrikin yeni mövsümdə komandanın əsas oyunçularından biri olacağına inanır.
Braziliyalı futbolçu "Lion"da 21 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.