"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Cenoa" və "Torino" icarə əsasında "Dinamo"da çıxış edən xorvatiyalı qolkiperi transfer etmək istəyir.
Bu barədə "Večernji list" məlumat yayıb.
Hər iki klub 31 yaşlı "əlcək sahibi" üçün 5 milyon avro ödəməyə hazırdır
Qeyd edək ki, Dominik Livakoviç bu ilin yanvarından "Dinamo"da çıxış edir. Xorvatiya millisinin üzvü Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 oyunda qapısında 15 qol görüb.