Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi "Kayzerslautern" səfərdə "Dinamo Drezden"in qonağı olub.

 

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

 

2 may (şənbə)

 

"Dinamo Drezden" - "Kayzerslautern" - 1:0
Qol:
V.Vermey, 68

 

Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib. 


Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan "Kayzerslautern" 7-ci pillədə qərarlaşıb.