MBA-da çıxış edən “Los Anceles Leykers” klubu aparıcı basketbolçusu Rassell Uestbrukdan “yaxasını qurtrarmaq” istəyir. Sport24.az xəbər verirki, Kaliforniya klubu oyun qurucusunu “Bruklin Nets”ə təklif edib.

"Leykers” qarşı tərəfə 2027 və 2029-cu illərdə ilk mərhələdəki draft hüququnu da verməyə hazırdır. Amma bunların müqabilində Los Anceles klubu bruklinlilərin 30 yaşlı oyunçusu Kayri İrvinqi heyətinə cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, ötən mövsüm İrvinq özü də “Nets”i tərk etmək istəyirdi. O hətta da klub rəhbərliyinə məsələ ilə bağlı müraicət də etmişdi. Amma sonda Kayri fikrindən daşınmışdı.