MBA-da çıxış edən “Portlend” komandasının lideri Demien Lillard bu gecə əlamətdar göstərici ilə yadda qalıb. Sport24.az xəbər verir ki, 32 yaşlı amerikalı basketbolçu “Hyuston”la oyunda 71 xal toplayaraq şəxsi rekordu ilə yadda qalıb.

Oyundan sonra Amerika Antidopinq Agentliyinin əməkdaşları ulduz basketbolçuya yaxınlaşaraq ondan dopinq testdən keçməyi tələb edib. İynədən qorxduğundan bu Lillardı narahat edib. Amma Demien tələbi yerinə yetirməyə məcbur olub.

Mətbuata açıqlama verən Lillard bunları söyləyib: “Bəli, bədənimdə döymələrin sayı çoxdur. Buna baxmayaraq mən iynələrdən qorxuram. Məndən dopinq testdən keçmək üçün qan nümunəsini götürəcəklərini deyəndə pis oldum. Qanım qaraldı”.

Yeri gəlmişkən, karyerasında 5-ci dəfə bir oyunda 60-dan artıq xal toplayan Lillard bu göstəricidə Maykl Cordanı geridə qoyub. Bu mənada rekord Uilt Çemberlendir. Əfsanəvi basketbolçu karyerası ərzində 32 oyunda ən azı 60 xal toplayıb.