"Sumqayıt" heyətinə daha bir iranlı futbolçu cəlb edir. Sport24.az İran mətbuatına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İranın "Paykan" klubu ilə yollarını ayıran Höccət Haqverdi ilə anlaşıb.

 

28 yaşlı müdafiəçinin tezliklə sumqayıtlılara qoşulaşacağı gözlənilir.

 

Qeyd edək ki, "Sumqayıt"da yaydan İrandan gələn  müdafiəçi Adəm Hətami və millimizin də üzvü olan hücumçu Əli Qurbani çıxış edir. Komanda qış fasiləsində "Neftçi"dən müdafiəçi Cabir Əmirlini icarəyə götürüb.