Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyə "Altekma"sı ilə Niderland təmsilçisi "Slidrext" arasında keçiriləcək matçda hakimlərin işini qiymətləndirəcək.
Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.