UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Liverpul" - "Qarabağ" oyununun biletlərinin qiymətləri açıqlanıb. Sport24.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlər 9-61 funt sterlinq (təxminən 20-140 AZN) arasında satılacaq.

 

Biletlər üçün ödəniş tarixinin son günü yanvarın 7-si göstərilib.

 

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-də İngiltərədə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.