"Qəbələ"qış fasiləsində ikinci transferini reallaşdırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın "Bray Wanderers" komandasında başlayan futbolçu daha sonra bu ölkədə "Bohemians" və "Waterford" kimi klublarda çıxış edib.
Son klubu Özbəkistan Super Liqa təmsilçisi "Andijon" olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin "Andijon"un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
Qeyd edək ki, komanmız bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.