"Kəpəz" futbolçusu Cefferson Bentunun komandanın düşərgəsinə qayıtmamasına münasibət bildirib. Bu barədə Sport24.az-a Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov açıqlama verib.
O, məsələ ilə bağlı bunları deyib:
"Açığı, səbəb tam olaraq bizə bildirilməyib. Bu məsələni həll etməyə, oyunçunu komandaya qaytarmağa çalışırıq. Amma gəlməsə, öhdəliklər yerinə yetirilməsə biz də futbolçudan müvafiq qurumlara şikayət edəcəyik".
Qeyd edək ki, braziliyalı mərkəz müdafiəçisi cari mövsümdə "Kəpəz"in heyətində 16 oyuna çıxıb. Onun "sarı-göylər"lə müqaviləsi bu ilin yayında başa çatır.