Niderlandın "Ayaks" klubunun yarımmüdafiəçisi Kennet Teylor "Latsio"ya (İtaliya) transfer olunacaq. Sport24.az xəbər verir ki, sövdələşmənin məbləği 15 milyon avro təşkil edəcək.
Bundan əlavə, bonus olaraq 2 milyon avro da ödəniləcək. İtaliya klubu 23 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. O, cümə günü Romada tibbi müayinədən keçəcək.
Qeyd edək ki, K.Teylor 2025/2026 mövsümündə "Ayaks"ın heyətində 19 oyun keçirib, 2 qola və 4 məhsuldar ötürməyə imza atıb. Amsterdam təmsilçisində ümumilikdə 184 matçda iştirak edən futbolçu 36 qol və 27 məhsuldar ötürmə müəllifi olub.