Kilyan Mbappe Superkubokun finalı ərəfəsində komanda yoldaşlarına qoşulmaq üçün Səudiyyə Ərəbistanının Yeddə şəhərinə gedəcək. Məsələ ilə bağlı baş məşqçi Xabi Alonso açıqlama verib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

İspaniyalı mütəxəsis bildirib ki, fransalı hücumçunun durumu xeyli yaxşılaşıb və onun finalda meydana çıxmaq ehtimalı var. Bununla belə, Mbappenin start heyətində yer almayacağı dəqiqdir və onun oynayıb-oynamayacağı isə məşqlərdəki vəziyyətindən və matçın gedişindən asılı olacaq.

 

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-də start götürəcək