Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, qadınların yarışında bu gün VIII turun bir görüşü baş tutacaq.

 

"Gəncə" öz meydanında "Milli Aviasiya Akademiyası"nı qəbul edəcək. Gəncə İdman Sarayında baş tutacaq görüş saat 15:00-da start götürəcək.

 

Kişilərin mübarizəsində isə II turdan təxirə salınan "Azərreyl" - "Gənclər" matçı baş tutacaq. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyunun start fiti saat 16:00-da səslənəcək.