"Yuri Vernidubu "Şerif"də işləyəndən izləyirdim. Xarici məşqçiləri dəvət edirlərsə, deməli onlara inanırlar". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis son zamanlar klublarımızda tez-tez baş verən məşqçi dəyişikliklərinə münasibət bildirib:

"Neftçi"də son illərdə neçə əcnəbi baş məşqçi çalışıb və uğursuz olub. Artıq saylarını da itirmişəm. "Araz-Naxçıvan" da Elmar Baxşıyevlə yolları ayırdı. Yerli məşqçilərə inanmırlar. Niyə? Təəssüf ki, bizdə tam fərqli bir mənzərə var. Ona görə də belə acınacaqlı hallar olur. Tez-tez baş verən məşqçi dəyişikliyi xoşagəlməz hadisələrə gətirib çıxarır. Bəzi məsələrdən xəbərim olsa da, danışmıram, çünki mənasızdır. Hazırda Azərbaycanda yaşayırıqsa, yerli məşqçilərə inanmaq lazımdır".

 

Qeyd edək ki, hazırda Premyer Liqada çıxış edən 12 komandadan 7-nin baş məşqçisi əcnəbidir.