"Sevilya" "Everton"nun 24 yaşlı futbolçusu Natan Petersonla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb

"Everton" Petersonun dünya çempionatına qədər daha çox matç təcrübəsi əldə etməsi üçün icarəyə göndərməyə hazırdır. 24 yaşlı futbolçu, Stiv Klarkın rəhbərliyi altında Şotlandiya millisinin heyətində yer almağa ümid edir.

Qeyd edək ki, Natanın "Everton"la hazırkı müqaviləsi 2027-ci ilin yayında bitir.