Dortmund "Borussiya"sının belçikalı vingeri Julien Duranvil "Sevilya"nın maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Mənbənin sözlərinə görə, maliyyə məhdudiyyətləri səbəbindən Andalusya təmsilçisi futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 19 yaşlı Duranvil əsas komandada çox az şans qazanıb, bu isə onun "Sevilya"ya transfer ehtimalını artırır.