UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" - "Qarabağ" matçının Ağda təmsilçisinin azarkeşləri üçün ayrılan biletləri bu gün satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, bu barədə klbun mətbuat xidməti məlumat yayıb.

 

Görüşü "Enfild"də izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12-dən etibarən iTicket.az saytında onlayn şəkildə satışda olacaq.  Biletlərin qiyməti 115 AZN təşkil edir.

 

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək mümkündür. Bildirilib ki, oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

 

"Qarabağ" azarkeşləri üçün "Enfild"də 1250 yer ayrıldığı vrğulanıb.