"Nyukasl" "Vulverhempton"nun hüçumcusu Mateus Mane ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.

 

"Vulverhempton" klubu isə qış transfer dönəmində Mateus Maneni heyətdə saxlamaq niyyətindədir və futbolçunun heç bir qiymətə satılmayacağını israrla bildirir.
18 yaşlı hücumçu "canavarlar" üçün çətin keçən mövsümün ən parlaq simasına çevrilib. Əsas komandaya cəlb olunduqdan sonra diqqət çəkən Mane son iki oyunun hər birində qol vurmağı bacarıb.

 

Qeyd edək ki, Mane çərşənbə günü "Everton"la 1:1 hesablı heç-heçədə bərabərlik qolunu vurub. Bundan əvvəl isə o, yanvarın 3-də "Vulverhempton"un "Vest Hem"i 3:0 hesabı ilə məğlub etdiyi oyunda da fərqlənmişdi ki, bu da komandanın cari mövsümdə Premyer Liqada ilk qələbəsi olmuşdu