Türkiyənin "Sivasspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mert Çelikdən sonra onun baş məşqçisi Mehmet Altıparmakın mərc oyunlarında iştirak etdiyi açıqlanıb. Sport24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqladığı siyahıda bu mütəxəssisin də adı var.

Federasiya həmin şəxslərin mərc oynadığını açıqlayıb və məsələ ilə bağlı araşdırma aparacaqlarını söyləyib.

"Sivasspor" isə öz növbəsində hələlik qərar verilmədiyini və prosesi izləyəcəklərini bəyan edib.

Xatırladaq ki, bu komandada çıxış edən Azərbaycan millisinin müdafiəçisi Mert Çelik mərc oyunlarında iştirak səbəbindın 45 gün futboldan uzaqlaşdırılmışdı.