Güləş üzrə Azərbaycan çempionatında maraqlı final qarşılaşması olacaq. Sport24.az xəbər verir ki, "Neftçi" İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları yunan-Roma güləşi üzrə yarışda 97 kiloqram çəkidə finala vəsiqə qazanıblar.
Onlar bu gün keçirilən final qarşılaşmasında üz-üzə gələcəklər.
97 kq
Məhəmməd Əhmədiyev ("Neftçi") - Murad Əhmədiyev ("Neftçi").
Qeyd edək ki, medal qarşılaşmaları 18:00-dan etibarən start götürəcək.