Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

"Azərreyl" kollektivi ilə qarşılaşan "Turan" 3:0 hesablı qələbə qazanıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

 

UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.