"Barselona"nın idman direktoru Deku qapıçı Mark-Andre ter Ştegenin zədəsi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, o, almaniyalı futbolçunun əvvəl də oxşar zədələr aldığını deyib:
"Ter Ştegen dizində narahatlıq hiss edirdi. O, narahat idi, çünki əvvəllər də oxşar zədələr almışdı. Amma hamımız şadıq ki, ciddi bir şey yoxdur".
33 yaşlı qolkiper 2014-cü ildən bəri "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunda başa çatacaq.